YWN (Youth Workers Network) gender sahəsində fəaliyyət göstərən gənclərlə iş üzrə mütəxəssislər üçün səriştə quruculuğu təlimləri elan edir!

Təlimin məqsədi bu sahədə fəaliyyət göstərən mütəxəssislərin bacarıqlarının artırılması, gənclərlə işdə professional və etik çərçivənin formalaşdırılması və bu sahədə faəliyyət göstərən mütəxəssislər arasında şəbəkələşməyə dəstək verməkdir.
Qeyd edək ki, cari proqram spesifik olaraq gender sahəsində fəaliyyət göstərən şəxslər üçün nəzərdə tutulub. İcma quruculuğu, rəqəmsal bacarıqlar, media savadlılığı, ekologiya və s. kimi sahələrdə fəaliyyət göstərən mütəxəssislər üçün isə növbəti aylarda fəqli modulların həyata keçirilməsi planlaşdırılır.
Təlim tarixi: 30 sentyabr, 1, 7, 8 oktyabr 2023-cü il
Təlim saatı:  10:00-13:00
 
Müraciət üçün son tarix: 25 sentyabr 2023-cü il, saat 23:59:59.
Müraciət üçün keçid: https://forms.gle/HoeJ4NFQyRjtunih8
 
Qeyd: “Youth Workers Network” üzvlüyü və cari təlim modulu üçün qəbullar fərqli müraciətlər əsasında aparılır. Bu formu doldurmaqla siz sadəcə təlim modulunda iştirak üçün müraciət etmiş olursunuz. Şəbəkəmizə qoşulmaq zəhmət olmasa üçün keçidə klikləyin.