YWN (Youth Workers Network) icma inkişafı (Community Development) sahəsində fəaliyyət göstərən gənclərlə iş üzrə mütəxəssislər üçün səriştə quruculuğu təlimləri elan edir!
Təlimin məqsədi bu sahədə fəaliyyət göstərən mütəxəssislərin bacarıqlarının artırılması, gənclərlə işdə professional və etik çərçivənin formalaşdırılması və bu sahədə faəliyyət göstərən mütəxəssislər arasında şəbəkələşməyə dəstək verməkdir.
Cari proqram icma inkişafı/quruculuğu sahəsində fəaliyyət göstərən və ya göstərməyə yeni başlayan şəxslər üçün nəzərdə tutulub.
Təlim tarixi və saatı:
- 18 noyabr, 16.30-20.00
- 19 noyabr, 14.00-18.00
- 25 noyabr, 16.30-20.00
- 26 noyabr, 14.00-18.00
Təlimlər əyani şəkildə İştirak Evində (Bakı şəhəri, Jalə Plaza) baş tutacaq.
İştirak ödənişsizdir.
Təəsüf hissi ilə bildirmək istərdik ki, regionlardan gələcək iştirakçılar üçün yol və qalma xərclərin qarşılanması layihə çərçivəsində nəzərdə tutulmayıb.
Müraciət üçün son tarix: 15 Noyabr 2023-cü il, saat 23:59:59.
Müraciət üçün link: https://forms.gle/T9XBaXmxXxzJFWMQA
Qeyd: “Youth Workers Network” üzvlüyü və cari təlim modulu üçün qəbullar fərqli müraciətlər əsasında aparılır. Bu formu doldurmaqla siz sadəcə təlim modulunda iştirak üçün müraciət etmiş olursunuz. Şəbəkəmizə qoşulmaq zəhmət olmasa üçün keçidə klikləyin.